Gəncə şəhər Kəpəz bələdiyyəsinin üzvü seçilən Həsənov Elnur Lətif oğlu ilk olaraq “Elm üzrə Prezident Mükafatı”sıdır.
Bəs Elnur Həsənov kimdir:
Həsənov Elnur Lətif oğlu 1987-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Gəncə Dövlət Universitetinin Tarix fakültəsini Prezident təqaüdçüsü kimi fərqlənmə diplomu ilə, bu universitetin magistratura pilləsini də Heydər əliyev təqaüdçüsü kimi fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdən etibarən universitetin YAP Gənclər Birliyinin sədri vəzifəsini icra etmiş, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinə işə qəbul edilmiş, ölkəmizlə yanaşı, ABş, Almaniya, Yaponiya, isveç, Böyük Britaniya, Avstriya, Kanada, Hindistan, Pakistan, Rusiya, Fransa, italiya və digər ölkələrin yüksək impakt faktorlu elmi nəşrlərində ingilis, alman, fransız, italyan, rus dillərində 100-dən artıq məqalə, eləcə də 3 monoqrafiya çap etdirmişdir.
Elnur Həsənov isveç Kral Akademiyasının müxbir üzvü, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər şurasının sədri və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının idarə Heyətinin üzvü, Partiyanın şəhər təşkilatının Gənclər Birliyinin sədr müavinidir.
Həsənov Elnur 2014-cü ilin iyul ayından etibarən Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti vəzifəsini də icra edir və uğurlu elmi, ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin və Akademiyanın Rəyasət Heyətinin 2014-cü il üçün Fəxri mükafatına layiq görülmüş, 2014-cü il üçün Gəncə şəhər icra Hakimiyyəti tərəfindən “ən fəal Gənc alim” adı ilə təltif olunmuşdur.
31 yanvar 2015-ci il tarixində elmdə əldə etdiyi yüksək nailiyyətlərə, elmin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətinə görə ölkəmizin Prezidenti cənab ilham əliyevin imzaladığı sərəncama əsasən ilk dəfə olaraq “Elm üzrə Prezident Mükafatı” ilə təltif edilmişdir. Elnur Həsənov Gəncə şəhər Kəpəz Bələdiyyəsinin Yerli sosial məsələlər komissiyasının üzvüdür.
Belediyye.info